“Qəlyan siqaretdən daha çox zərərlidir. Millətimizi bu zərərdən xilas etmək üçün bəzi hazırlıqlar görürük”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Tütünsüz Günü Gənclik Yığıncağı”nda çıxış edən zaman deyib.
Ərdoğan türk gənclərini tütün məmulatları ilə mübarizədə ön sıralarda görməyin onların gələcəyə inamını artırdığını ifadə edib. Gəncliyindən bəri bu mübarizənin önündə olduğunu deyən prezident bildirib:
“Yaxın çevrəmizdən başlayaraq rastlaşdığımız hər kəsi tütün məmulatlarının zərərləri ilə bağlı xəbərdar edir, hətta varsa siqaret paketlərini də müsadirə edirik. Hökumətimizin sağlamlıq və gənclər siyasətini tütün, alkoqol və narkotik kimi insan orqanizminə zərərli məhsulların istifadəsi ilə mübarizə apararaq davam etdiririk. Heç kim inkar edə bilməz ki, biz tütün məmulatlarının istifadəsi ilə ən effektiv mübarizəni yüksək vergiyə qədər aparmışıq”.
Prezident Ərdoğan tədbir iştirakçısının “vergilərin və qiymətlərin artırılması vətəndaşların içki və siqareti tərgitməsinə kömək edir” şərhinə də münasibət bildirib:
“İçki və siqaretlərin qiymətlərini, vergilərini davamlı olaraq artırırıq. Təəccüblüdür. Ac, səfil günündə gəzirlər, lakin içki və siqareti almaqdan çəkinmirlər”.
Tehsil-press.az