Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Günay Məmmədovanın “Azərbaycanda bölgə mediasının təşəkkülü” mövzusunda elmi seminarı keçirilib.
G.Məmmədova bölgə mətbuatı haqqında ətraflı məlumat verib. Bildirilib ki, bölgə mətbuatı mövzu dairəsi, ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni problematikası ilə milli jurnalistika tariximizin ayrılmaz tərkib hissəsidir.
Seminarda ilk bölgə qəzeti olan “Qırmızı Gəncə”nin əski Azərbaycan əlifbası ilə yazılan bir neçə nömrəsinin mövzu dairəsindən bəhs olunub. Elmi işçi “Lətayif” (Lənkəran) dövrü vərəqə, “Əfkari Mütəəllimin məcmuəsi” (Gəncə), “Füqəra sədası” (Gəncə), “Əxbar” (Şəki) mətbu orqanlar haqqında geniş məlumat verib.
Dekan müavinlərinin, kafedra müdirlərinin, dosentlərin iştirak etdikləri seminarda suallar cavablandırılıb.
Tehsil-press.az