Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Göyçay tarixi” kitabı çapdan çıxıb.
Kitabda Azərbaycanın qədim bölgələrindən sayılan Göyçayın miladdan əvvəl II minillikdən hazırkı dövrə qədərki tarixi keçmişi ilk dəfə olaraq kompleks şəkildə elmi əksini tapıb. Kitabda qeyd olunur ki, Göyçay qəzası 9 dekabr 1867-ci ildə Bakı quberniyasının tərkibində yaradılıb. Həmin əraziyə 7 rayon - Göyçay, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonları daxil edilib. Hazırda Göyçay rayonu 55 kənd və bir şəhərlə əhatələndiyindən müəllif haqlı olaraq “Göyçayın tarixi” kitabında qədim dövrdən 1930-cu il avqustun 8-dək, yəni Göyçay qəza mərkəzindən rayon mərkəzinə çevrilənə qədər olan dövrü birinci, son 92 ili isə ikinci dövrə aid edib.
Kitabın layihə rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, elmi redaktorları professor Asif Hacıyev və Əməkdar jurnalist Fuad Babayevdir.
Məhərrəm Zülfüqarlının “Göyçay tarixi” kitabı bakalavr, magistr, doktorant, tədqiqatçı və regionun tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Tehsil-press.az