Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Şuşanın mədəni irsi: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri professor Əsədulla Cəfərov Şuşanın ən qədim insan düşərgəsi olması ilə bağlı məruzə edib. Professor diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində uzaq keçmişimizə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. Araşdırmalar göstərir ki, qədim insanlar Paleolit dövründə əsasən Azərbaycanın dağlıq ərazisində mövcud olan təbii karst düşərgələrində, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli təbii coğrafi şəraiti olan yerlərdə məskunlaşmağa başlayıblar. Bu baxımdan Qarabağın ən gözəl guşələrindən biri olan Şuşada aparılmış tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti var.
Əsədulla Cəfərov 1971-1973-cü, 1975-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan Mil-Qarabağ arxeoloji ekspedisiyası çərçivəsində Şuşada özünün də iştirakçısı olduğu tədqiqat işlərindən danışıb. Alim bildirib ki, arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində Paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub. Bəzi yazılı tarixi mənbələrdə də Şuşa şəhəri ərazisində qədim insanların yaşamasına dair məlumatlar var.
ADMİU-nun kafedra müdiri kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev “Tariximiz və mədəniyyətimizin qürur mənbəyi Şuşa şəhəri”, professor Mübariz Süleymanlı “Şuşanın mədəni irsinin qorunmasının qanunvericilik bazası”, kulturologiya elmləri doktoru İlqar Hüseynov “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası”, Azərbaycan Milli Xalça Muzeyinin baş mühafizi Mira Məmmədxanova “Şuşada Xalça Muzeyinin bərpası”, pedaqogika üzrə fəlsəfə doktoru Yeganə Eyvazova “Şuşa-“şəhər-abidə” statusunda”, dosent Davud Həşimov “Vətən müharibəsi: uğurlar və hədəflər” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda çıxış edən ADMİU-nun prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva dəyirmi masanın əhəmiyyətindən danışıb, məruzələrin çox mühüm mövzuları əhatə etdiyini vurğulayıb.
Tehsil-press.az