“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda XV beynəlxalq elmi konfrans təşkil olunacaq

“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda XV beynəlxalq elmi konfrans təşkil olunacaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ölkəmizin Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” devizi ilə “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı keçiriləcək.
2021-ci il martın 11-12-də təşkil olunacaq konfransın mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər məqalələrini 2021-ci il yanvarın 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər