Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “2017-ci il İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Mədəniyyət: Problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XI beynəlxalq konfransı keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan 80-dək magistr və doktorant iştirak edib. ADMİU-nun prorektorları Məryəm Əlizadə və Gülşən Əliyeva, filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbanov iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.
Plener iclasda “İslam mədəniyyətində qadın”, “İslam mədəniyyəti Qacar xalçasında”, “Tolerantlıq və mənəvi dilemma”, “Müasir şərq kinosunda mövzu-problem əlaqələri”, “İslam mədəniyyəti Çex tarixşünaslığında”, “Azərbaycan həmrəylik nümunəsi”, “Misir kinosu sivilizasiyaların dialoqu və islam mədəniyyətinin beşiyi kimi” və digər mövzularda çıxışlar olub.
“Sülhün tərənnümü” adlı bədii hissədə universitet tələbələri Azərbaycan muğamlarından ibarət konsert proqramı təqdim ediblər.
Kulturologiya bölməsi üzrə “Türksoylu xalqlarda ailə və nikah sistemi”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Müasir Azərbaycan arxivi”, “Sirli, sehirli buta”, sənətşünaslıq bölməsi üzrə isə “Mifologiya və müasir teatr”, “Kitabi-Dədə Qorqud dastanında teatrallıq”, “Aparıcı-televiziyanın əsas siması kimi”, “Qara Qarayevin fortepiano yaradıcılığında polifonik forma və janrlar”, “Müasir Azərbaycan kinosunda sosial mühitin bədii həlli” və s. mövzularda məruzələr dinlənilib.
Sonda universitetin rektoru, Əməkdar İncəsənət Xadimi, professor Fərəh Əliyeva çıxış edərək gənc tədqiqatçılara uğurlar arzulayıb.

ADMİU-nun Mətbuat Xidməti