Çində memorial konstruksiyanın aşması 8 nəfərin ölümünə səbəb olub

Çində memorial konstruksiyanın aşması 8 nəfərin ölümünə səbəb olub Çinin Hebey vilayətində 12 metr hündürlüyündə memorial konstruksiyanın aşması nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Taytou kəndində arka formalı memorial konstruksiya şiddətli yağış və güclü külək səbəbindən aşıb. Nəticədə 9 nəfər dağıntı alında qalıb. Hadisə yerinə gələn xilasedicilər bir nəfəri sağ çıxara biliblər.
Hadisə ilə əlaqədar təhqiqat başlanılıb.

Tehsil-press.az


Oxşar xəbərlər