Xəzər Universitetində “MicroMaster” proqramı üzrə ingilis dilindən test imtahanı keçirilib

Xəzər Universitetində “MicroMaster” proqramı üzrə ingilis dilindən test imtahanı keçirilib Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsində ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat departamenti tərəfindən keçiriləcək “Data, iqtisadiyyat və inkişaf siyasəti” (Data, Economics and Development Policy -DEDP) “MicroMaster” proqramına tələbə seçimi çərçivəsində ingilis dilindən test imtahanı keçirilıb.
İmtahanda müraciətçilər arasından seçilmiş 110-dan çox tələbə iştirak edib. İmtahanın yüksək səviyyədə təşkilinə İngilis dili və ədəbiyyatı departamenti və İctimai əlaqələr və media üzrə direktorluq yaxından dəstək göstərib.
Növbəti test imtahanı iyulun 9-da riyaziyyat fənnindən keçiriləcək.
Hər iki imtahanın və sonda keçiriləcək müsahibənin nəticəsindən asılı olaraq, 20 tələbə “MikroMaster” proqramında iştirak etmək hüququ qazanacaq.
Oktyabr ayında onlayn formatda başlanacaq proqramdan öncə tələbələr üçün Xəzər Universitetində riyaziyyat və statistika fənlərindən 6 həftə ərzində hazırlıq dərsləri təşkil ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər