Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi şuranın genişləndirilmiş iclası keçirilib. İclasda 2021-2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili müzakirə olunub.
İclasda Aİİ-nin rektoru Aqil Şirinov yay imtahan sessiyasının yekunlarından danışıb. Qeyd edilib ki, 2021-2022-ci tədris ili üzrə hər iki semestrin dərsləri və imtahanlar uğurla həyata keçirilib. Tələbələrin dərslərdə və imtahanlarda fəal iştirakı tədrisin daha yaxşı təşkilinə şərait yaradıb.
Rektor tələbələr üçün nəzərdə tutulan ödənişsiz ərəb və ingilis dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin önəmini xüsusi vurğulayıb. O, klassik ərəb dili kursunun açılmasının vacibliyini bildirib.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində çap olunan kitablardan bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə toxunub və institutun xarici əlaqələri haqqında məlumat verib.
İnstitutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova yay imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib. Yaz semestri yay imtahan sessiyasının keçirilməsi, imtahanların nəticələri barədə məlumat verib.
Tədris şöbəsinin müdiri Zərifə Əliyeva yaz semestri ərzində tədrisin təşkilindən danışıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistratura pilləsinə qəbulla bağlı məlumat verib.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov və Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov cari dövr ərzində olan hesabatlarını təqdim ediblər.
Sonra cari məsələlər müzakirə olunub.
Tehsil-press.az