UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edəcək

UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 46 tələbəsi iyulun 3-dən 18-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək.
Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxildir. Yay məktəbində iştirak edəcək tələbələr akademik göstəricilərinə əsasən II və III kurslar arasından seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər