COVID-19 pandemiyası ilə bağlı ikiillik fasilədən sonra 1 milyona yaxın əcnəbi, o cümlədən azərbaycanlı zəvvarın iştirak etdiyi və İslamın beş əsas şərtindən biri olan müqəddəs Həcc ziyarəti başlayıb.
Bu gün zəvvarlar Tərviyə gününü keçirmək üçün Minaya axın edirlər. Tərviyə gününün mənası “Su ehtiyatı toplamaq”dır. Hacılar Ərəfatda xüsusi əməlləri yerinə yetirmək üçün su ehtiyatı görməlidirlər. Həmin günə ona görə tərviyə deyirlər ki, Ərəfat səhrasında su olmadığından hacılara Məkkədən su gətirərdilər. Bu, Ərəfə günü üçün müqəddimədir.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarların təhlükəsizliyinin və sağlamlığının qorunması üçün bütün tədbirləri görüb, fiziki imkanları məhdud olanlar üçün xüsusi xidmət yaradılıb.
Tehsil-press.az