BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng” Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev məzunları, onların valideynlərini və liseyin kollektivini təbrik edib. Rektor bu il 11-ci buraxılışı keçirilən liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.
Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü diqqətə çatdıran Elçin Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlardan da bəhs edib.
Liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan və rus bölməsindən 48 nəfərin məzun olduğunu qeyd edərək onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.
Valideynlər adından Arzu Eyyubova, məzunlar adından isə liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış ediblər.
Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

Mətbuat Xidməti


BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

Oxşar xəbərlər