Xəzər Universitetinin departament müdiri IPBES-in fənlərarası ekspert panelinə yenidən üzv seçilib

Xəzər Universitetinin departament müdiri IPBES-in fənlərarası ekspert panelinə yenidən üzv seçilib Almaniyanın Bonn şəhərində IPBES-in (Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma) 9-cu plenumu keçirilib. Plenumda Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov iştirak edib.
BMT təşkilatı olan IPBES bu plenumda çoxsaylı vacib qərar və hesabatların qəbulu ilə yadda qalıb.
Plenumda Rövşən Abbasov IPBES-in fənlərarası ekspert panelinə (Multidicsiplinary Expert Panel - MEP) ikinci dönəm üçün yenidən üzv seçilib və o bu vəzifəni 2025-ci ilədək icra edəcək.
Qeyd edək ki, Rövşən Abbasov bu panelə birinci dəfə 2018-ci ildə üzv seçilib. IPBES qaydalarına görə bir nəfər bu paneldə iki dönəmdən artıq təmsil oluna bilməz.
MEP üzvü kimi Rövşən Abbasov IPBES sənədlərinin daxili təftişi, qiymətləndirmə prosesinin effektivliyinin yoxlanılması, ekspertlərinin seçilməsi kimi vəzifələri həyata keçirir.

Tehsil-press.az



Oxşar xəbərlər