Xəzər Universitetinin əməkdaşının həmmüəllifi olduğu məqalə “Springer” nəşriyyatının çap etdiyi kitabda

Xəzər Universitetinin əməkdaşının həmmüəllifi olduğu məqalə “Springer” nəşriyyatının çap etdiyi kitabda Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun həmmüəllifi olduğu “Azərbaycanın Bakı şəhərində insanlar suyun iqtisadi dəyərini qiymətləndirirlərmi?” (Do People Appreciate Economic Value of Water in Baku City of Azerbaijan?) adlı məqalə “Springer” nəşriyyatının “Asiya ölkələrində mavi-yaşıl infrastruktur” (Blue-Green Infrastructure Across Asian Countries) kitabının bir fəsli kimi çap olunub. Məqalənin digər həmmüəllifi İtaliyanın Roma Universitetinin professoru Paskal Lusio Scandizzodur.
Məqalə Bakı şəhərində suyun iqtisadi dəyərini hesablamağa yönəlmiş bir sorğunun nəticələrini əks etdirir. Nəticələrə görə, Bakı şəhərində təmiz suyun iqtisadi dəyəri bir çox amillərin təsiri nəticəsində formalaşır. Bu dəyərlərə həm istifadə, həm də qeyri-istifadə dəyərləri (use and non-use value) daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər