BDU-nun dosenti “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş”də iştirak edib

BDU-nun dosenti “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş”də iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova Qəbələ şəhərində REC-Caucasus, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İPBES tərəfindən həyata keçirilən beynəlxalq layihənin müzakirəsinə həsr olunan “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş”də iştirak edib.
Müxtəlif yerli və beynəlxalq təşkilatlardan nümayəndələrin qatıldığı bu görüşdə REC-Caucasus ekspertlərinin hazırladığı və Azərbaycanın dağ, su və meşə ekosistemlərinin müasir vəziyyəti, onlara olan antropogen təsirlər, biomüxtəliflik, ekosistem xidmətləri və onların qiymətləndirilməsini əks etdirən layihələrin ilkin variantı müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər