Xəzər Universitetində Hava keyfiyyətinin tədqiqi laboratoriyası təsis edilib. Artıq laboratoriyada Bakı şəhərinin müxtəlif yerlərində havanın keyfiyyəti qiymətləndirilib.
ulun 3-də Xəzər Universitetində laboratoriyanın təqdimatı keçirilib və alınan ilk nəticələr açıqlanıb.
Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, Hamlet İsaxanlı qeyd edib ki, iyunun 1-də universitetdə yaradılan Hava Keyfiyyətinin Təhlili Mərkəzinin əsas məqsədi ölkəmizdə atmosfer havasının keyfiyyətini öyrənməkdir. Mərkəzdə təşkil olunan laboratoriya müasir mobil cihazlarla təchiz edilib. Hazırda mövcud avadanlığın köməyi ilə Avropa Hava Keyfiyyəti İndeksi və eyni zamanda əlavə bir neçə parametri hesablamaq mümkündür. Laboratoriyada Avropa hava keyfiyyəti indeksinə uyğun olaraq yerüstü ozon, azot dioksid, bərk asılı maddələr və kükürd dioksidi ölçülür. Bu indeksə müvafiq olaraq hava keyfiyyəti çox yaxşı, yaxşı, orta, pis və çox pis olmaqla 5 ballıq şkala ilə qiymətləndirilir.
Sonra Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov tədqiqatın nəticələri barədə məlumat verib. Qeyd edib ki, aparılan araşdırmalara əsasən, müasir dövrdə havanı çirkləndirən əsas səbəb sənaye müəssisələri və avtomobillərdir. Bu mənbələrdən açıq havaya azot-2-oksid, kükürd-2 oksid, müxtəlif ölçülü tozlar və digər çirkləndiricilər atılır. Hesablamalara görə, əgər 1990-cı ildə ölkəmizdə cəmi 22000 avtomobil vardısa, indi onların ümumi sayı 1 milyon 200 mini keçib. Bu isə iri şəhərlərdə, xüsusilə Bakı şəhərində havaya atılan zərərli qazların miqdarını dəfələrlə artırıb.
Sonda suallar cavablandırılıb.
Mətbuat Xidməti