Təhsil nazirinin müavini Almetyevsk Dövlət Neft İnstitutunun rektoru ilə görüşüb

Təhsil nazirinin müavini Almetyevsk Dövlət Neft İnstitutunun rektoru ilə görüşüb Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyası Tatarıstan Respublikası Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonovla görüşüb.
Görüşdə birgə təhsil layihələri, o cümlədən ikili diplom proqramları ilə bağlı məsələlər müzakirə edilib. Müzakirələrdə xüsusi olaraq elmi araşdırmalardan danışılıb, hər iki tərəf elmi tədqiqatları məzunların qlobal elm və təhsil məkanında rəqabət qabiliyyətini təmin edən uğurlu və müasir təhsilin açarı kimi dəyərləndirib.
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Azərbaycanın ali təhsil ocaqlarında elmi tədqiqatların, təhsilin keyfiyyətinin və infrastrukturunun inkişafının yüksək səviyyədə olduğunu qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər