Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı 22 İyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.
Milli Mətbuatın yaranmasının 147-ci ildönümü münasibətilə media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu deyən rektor M.Babanlı jurnalistləri peşə bayramı münasibətilə təbrik edib.
Universitetdə tədrisin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan uğurlardan danışan rektor, eyni zamanda, təhsil sahəsinin işıqlandırılmasında medianın mühüm rolu olduğunu vurğulayıb, jurnalistlərə təşəkkürünü bildirib.
Bu gün ölkəmizdə medianın azad, demokratik şəraitdə fəaliyyətindən bəhs edən M.Babanlı 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərin informasiya cəbhəsində xidmətlərini vurğulayıb və media nümayəndələrinə uğurlar arzulayıb.
Sonra müasir təhsil və media ilə bağlı fikir mübadiləsi aparılıb.
Jurnalistlərə hədiyyələr təqdim olunub.
Tehsil-press.az