Dövlət Neft və Sənaye Universitetində tələbələrlə görüş

Dövlət Neft və Sənaye Universitetində tələbələrlə görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının ADNSU-nun II kurs tələbələri ilə görüşü olub.
Kimya texnologiya, Neft-mexanika və energetika fakültələrinin tələbələri ilə görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Sonra professor Mustafa Babanlı universitetdə yeni tədris ilinin ənənəvi formatda başlanılması istiqamətində görülən işlərdən, keyfiyyətli tədris aparılması üçün həyata keçirilən tədbirlərdən danışıb.
Universitet əməkdaşlarının və tələbələrin sağlamlığının vacib olduğunu vurğulayan rektor ölkədə virus əleyhinə aparılan vaksinasiyanın əhəmiyyətindən bəhs edib, sualları cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər