Azərbaycan Texniki Universitetində təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada aparılır

Azərbaycan Texniki Universitetində təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada aparılır Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.
Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
Sənəd qəbulu avqustun 1-dək davam edəcək.
Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər