Qobustanda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Qobustanda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə -metamfetamin aşkarlanıb.
Şübhəli şəxs qismində saxlanılan digər Qobustan şəhər sakini Sənan Alkişiyevə məxsus mağazaya baxış keçirilərkən metamfetamin və həmin obyektə bitişik yardımçı tikilidən isə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər