İtaliya 300-dək Əfqanıstan vətəndaşını qəbul edəcək

İtaliya 300-dək Əfqanıstan vətəndaşını qəbul edəcək İtaliya bu həftənin sonuna kimi 300-ə yaxın Əfqanıstan vətəndaşını qəbul edəcək.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, yaradılan yeni humanitar dəhlizlər vasitəsilə İran və Pakistana çatdırılan 300-dək Əfqanıstan vətəndaşı Tehran-Roma və İslamabad-Roma istiqamətində həyata keçiriləcək xüsusi aviareyslərlə İtaliyaya gətiriləcək.
“Əfqan xalqı üçün İtaliya Planı”nın tərkib hissəsi olan bu təşəbbüs sayəsində qarşıdakı dövrdə təkcə Pakistan və İrandan deyil, regionun digər ölkələrindən xüsusi həssaslıq və risk şəraitində olan 1200 Əfqanıstan vətəndaşının İtaliyaya gətirilməsi nəzərdə tutulur.

Tehsil-press.az




Oxşar xəbərlər