“Dünya məktəbi”nin şagirdi Almaniyada keçirilən yarışmada ikiqat dünya birincisi olub

“Dünya məktəbi”nin şagirdi Almaniyada keçirilən yarışmada ikiqat dünya birincisi olub Xəzər Universitetinin “Dünya məktəbi”nin şagirdi İbrahim Allahverdiyev Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq STEM Olimpiadasında ikiqat dünya birincisi olub.
İ.Allahverdiyev rəqiblərini üstələyərək, riyaziyyat və təbiət elmləri kateqoriyaları üzrə birincilik qazanıb.
Qeyd edək ki, olimpiadaya 14 ölkədən 285 iştirakçı qatılıb. Yarışmada təbiət elmləri, riyaziyyat və kodlaşma kateqoriyaları üzrə iştirakçılar fərqləndirilib.
Olimpiadada Azərbaycandan 6 nəfər 1-ci, 5 nəfər- 2-ci, 1 nəfər isə 3-cü yeri tutub.

Tehsil-press.az


Oxşar xəbərlər