Azərbaycan Dövlət Pedaqoji Universiteti magistraturaya boş qalan yerlərə qəbul aparır

Azərbaycan Dövlət Pedaqoji Universiteti magistraturaya boş qalan yerlərə qəbul aparır Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya boş qalan yerlərə qəbul elan edilib.
Qəbul çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistraturasına da 11 ixtisaslaşma üzrə 30 boş yerə qəbul həyata keçirilir. Proses 8-14 avqust 2022-ci il tarixləri aralığında internet vasitəsilə aparılır.
Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Bakalavrlar DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.
ADPU-dan bildirilib ki, qəbul Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, ibtidai sinifdə tədrisin metodika və metodologiyası, korreksiyaedici təlimin metodika və metodologiyası, məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası, menecment (təhsilin təşkili və idarə olunması), pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, tarix fənninin tədrisi metodikası və metodologiyası, biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması), texnologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisasları üzrə aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər