Akademik Zərifə Əliyeva adına Liseyin müəllim və şagirdlərinin növbəti uğuru

Akademik Zərifə Əliyeva adına Liseyin müəllim və şagirdlərinin növbəti uğuru Akademik Zərifə Əliyeva adına Liseyin riyaziyyat müəllimi Aynur Laçınova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Bağırova və liseyin şagird komandasının “eTwinning” platforması çərçivəsində Türkiyə məktəbləri ilə birlikdə təqdim etdikləri “Mədəniyyət” layihəsi Milli Keyfiyyət Nişanına layiq görülüb.
“eTwinning” platforması iki və ya daha çox məktəb arasında əvvəlcədən müəyyən edilmiş mövzuda bir layihə ortaqlığıdır. Bu platformada müəllimlər şagirdləri ilə bərabər layihələrdə iştirak edirlər. Layihələrin çoxu şagird mərkəzli olur. Bu, “eTwinning”də ən çox yayılmış layihə növüdür.
Liseyin müəllimləri A.Laçınova, G.Bağırova və bir qrup şagirdi Türkiyə məktəbləri ilə birlikdə layihə üzrə çalışaraq bir-birindən maraqlı işlər təqdim ediblər.
Türkiyə məktəbləri ilə birlikdə layihə üzrə çalışmaqda əsas məqsəd şagirdlərin məhz hər iki dövlətin ortaq və fərqli mədəniyyət nümunələri ilə tanış olması idi. Şagirdlər arasında müsbət rəftarı, sosial davranışları inkişaf etdirmək, qloballaşan dünyada məhz mədəniyyət vasitəsilə milli kimliyimizi qorumağın önəmini vurğulamaq, şagirdlərə nəsillərdən ötürülən milli-mənəvi dəyərlərin ruhumuzu bəsləyən müqəddəs bir açar olduğunu xatırlatmaq idi.

Tehsil-press.az



Oxşar xəbərlər