BDU-nun Kimya fakültəsində üç ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Kimya fakültəsində üç ixtisas üzrə mütəxəssislər hazırlanır Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 3 ixtisas üzrə mütəxəssislər hazırlanır.
Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 30 tədris laboratoriyası fəaliyyət göstərir. Elmi-tədqiqat və tədris laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. Tələbə və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində fəaliyyət göstərən laboratoriyalarda tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Ümumi və qeyri-üzvi kimya, Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Kimya, kimya mühəndisliyi, kimya müəllimliyi ixtisasları üzrə kadrlar hazırlığı aparılır.
Kimya ixtisasını bitirənlərin kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi-tədqiqat institutlarında işləməsi mümkündür.
BDU-nun kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta məktəblərində, liseylərində kimya fənnini tədris edə bilərlər.
Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı həyata keçirilir.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər