Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.
İclasda Problem şurasının sədr müavini professor Akif Əliyev hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumat verib. Təklif olunub ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur.
A.Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən Azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət görüb.
İclasda Neft kimyası, Kompozit materialların kimyası və texnologiyası, Kimya texnologiyası və mühəndisliyi və Üzvi kimya ixtisasları üzrə 5 dissertasiya mövzusu ətraflı müzakirə olunub.
Sonda baxılan bütün dissertasiya mövzuları redaktə olunaraq Problem şurası tərəfindən təsdiqlənib.
Tehsil-press.az