Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) yerləşən “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrasının fəaliyyətinə həsr olunan görüş keçirilib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib. Həmçinin baza kafedrasında BDU-nun Kimya fakültəsində kimya və kimya müəllimliyi ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılan şərait haqqında danışıb.
Görüşdə yeni tədris ilində baza kafedrasının mövcud vəziyyəti, gələcək fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili məsələləri müzakirə olunub. BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar və 2021/2022-ci tədris ilində həyata keçirilən və nəzərdə tutulan işlər haqqında məlumat verib.
Sonda tədris auditoriyasına və institutun elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib.
Tehsil-press.az