Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində kimya və kimya mühəndisliyi ixtisaslarında ixtisaslaşan tələbələrin, eləcə də təcrübə rəhbərlərinin iştirakı ilə istehsalat təcrübəsinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə fakültə dekanı Fuad Kərimli çıxış edərək tələbələrə uğurlar arzulayıb, gələcək karyeralarının qurulması ilə bağlı öz fikirlərini bildirib.
Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov istehsalat təcrübəsi ilə əlaqədar tələbələrə ətraflı məlumat verib və onları təlimatlandırıb.
Tehsil-press.az