Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransın (COIA-2022) bağlanış mərasimi keçirilib.
BDU-nun rektoru Elçin Babayev üç gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə növbəti elmi tədbirlərin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı və ev sahibliyi ilə keçiriləcəyinə əminliyini vurğulayıb.
BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev konfransda idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı tərəfindən 299 elmi məqalənin təqdim olunduğunu bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, Marağa Universitetinin professoru Əli Şükri, Doğu Akdeniz Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Nazim Mahmudov tədbirin əhəmiyyətindən bəhs ediblər.
Konfransda Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Misir və digər ölkələrdən olan tanınmış alimlərin idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, faizi idarəetmə, şəbəkə və telekommunikasiya, ədədi və hesablama metodları, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya, fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi və s. sahələr üzrə elmi məruzələri dinlənilib.
Tədbirin materiallarının “Web of Science” bazasına daxil ediləcəyi nəzərdə tutulub.
Tehsil-press.az