Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru akademik İradə Hüseynova və icraçı direktor dosent Ələmdar Məmmədov Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Abdul Qayyum və Allah Bakşi ilə görüşüblər.
Görüş zamanı akademik İradə Hüseynova pakistanlı alimlərə rəhbərlik etdiyi institutun yaranma tarixi, elmi laboratoriyaları və onların tədqiqat istiqamətləri, burada aparılan elmi işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institutun və Pakistan alimlərinin əməkdaşlıq əlaqələri 20 ildən artıq tarixə malikdir. Qonaqlar Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin infrastrukturu, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdikdən sonra institutun laboratoriyaları, mövcud maddi-texniki bazası ilə yaxından tanış olublar.
Daha sonra molekulyar metodlarla yeni stresədavamlı buğda genotiplərinin yaradılması məqsədilə birgə hazırlanmış layihənin detalları müzakirə edilib. Eyni zamanda, hər iki elmi mərkəz arasında əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar biologiya, molekulyar biotexnologiya, populyasiya genomiksi və digər istiqamətlər üzrə birgə layihələrin və yüksəkixtisaslı gənc kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Tehsil-press.az