Deputat Vətən müharibəsi qaziləri ilə görüşdü

Deputat Vətən müharibəsi qaziləri ilə görüşdü Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy rayon təşkilatı aparatının inzibati binasında təmsil etdiyi Goranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirib.
Görüşdə millət vəkili ilə yanaşı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev və rayon ağsaqqalları da iştirak edib.
Səmimi görüş zamanı Anar Məmmədov qazilərin gündəlik rastlaşdıqları problemləri dinləyərək qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər