İstanbulda İkinci Qarabağ müharibəsi zamanı “Azərbaycana qarşı təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində” mövzusunda seminar keçirilib.
İstanbulun Bağçaşəhər Universitetində baş tutan tədbirdə Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan dezinformasiya və təzyiqlər müzakirə edilib.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan seminarda Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Əfəndiyev, sözügedən universitetin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Abdullah Ağar və beynəlxalq hüquq üzrə ekspert Mehmet Uzun çıxış ediblər.
Natiqlər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı tətbiq edilən ikili standartlar, beynəlxalq arenada ölkəmizlə bağlı edilən əsassız iddialar və məqsədli dezinformasiyanın ölkə ictimaiyyətini, eləcə də dünya birliyini yanıltmaq üçün hazırlandığını bildiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov, 30 ilə yaxın davam edən işğal dövrü ərzində aparılan danışıqlar zamanı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin müharibənin başlaması üçün əsas səbəb hesab olduğunu deyib.
Dünya mediasının 44 günlük Vətən müharibəsinə yanaşmasını təhlil edən Abdullah Ağar xüsusilə Qərb KİV-inin müharibə dövrü ərzində tutduğu mövqenin bilavasitə Ermənistan tərəfinin təbliğatını aparmaqdan ibarət olduğunu qeyd edib. O, həmçinin regionda Azərbaycanın yaratdığı yeni reallıqlar, Zəngəzur dəhlizinin postmüharibə dövründə aktual geosiyasi məsələ olduğunu vurğulayıb.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, universitetin tələbə-müəllim heyəti, o cümlədən bu ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Qeyd edək ki, seminar üç gün ərzində İstanbulun fərqli universitetlərində keçiriləcək.
Tehsil-press.az