AMEA-nın müxbir üzvü Zaqatala gəncləri ilə görüşüb

AMEA-nın müxbir üzvü Zaqatala gəncləri ilə görüşüb Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov Zaqatalada rayon nümayəndələri ilə görüşdə iştirak edib.
Görüş Zaqatala Heydər Əliyev Mərkəzi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Zaqatala gəncləri ilə görüşən alim onlara öz elmi nailiyyətlərindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən, karyerasında əldə etdiyi uğurlardan və bu uğurları qazanmaq üçün keçdiyi çətinliklərdən danışıb. AMEA-nın müxbir üzvü gənclərin gələcək karyeralarını uğurlu qurmaları üçün onlara dəyərli tövsiyələr verib.

Tehsil-press.az


Oxşar xəbərlər