Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov Lənkəran şəhərində ezamiyyətdə olub. Səfər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.
Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə mümkün tədqiqat istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra P.Muradov mərkəzin təcrübə sahələrinə baxış keçirib, görülən işlərlə yerində tanış olub, birgə tədqiqatların daha da genişləndirilməsi qərarlaşdırılıb.
Tehsil-press.az