Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzinin və Bask Universitetinin professoru Yevgeni Çulkovla görüş keçirilib.
Görüşdə rektor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin elmi potensialının inkişaf etdirilməsi üçün görülən işlər, gündəlik təcrübə proqramı, buraxılış işlərinin mövzularının sənaye müəssisələrinin tələbinə uyğunlaşdırılması barədə qonağa məlumat verib. O, ADNSU-nun gələcəkdə təkcə tədris müəssisəsi deyil, həm də böyük elm mərkəzi kimi fəaliyyət göstərəcəyinə inandığını deyib. Rektor bu cür görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.
Y.Çulkov təmsil etdiyi mərkəz və universiteti haqqında məlumat verib, ADNSU ilə elm sahəsində görülə biləcək birgə işlərdən danışıb.
Görüşdə iştirak edən AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı isə Donastia Beynəlxalq Fizika Mərkəzi və Bask Universiteti ilə əməkdaşlığın Azərbaycan elminə verə biləcəyi töhfələrdən söz açıb.
Qeyd edək ki, Y.Çulkov 700-dən artıq elmi əsərin, o cümlədən 400-dən çox elmi məqalənin müəllifidir. Onun təmsil etdiyi Donastia Beynəlxalq Fizika Mərkəzi bərk cisimlər və funksional materiallar fizikası üzrə dünyanın onlarla elmi-tədqiqat laboratoriyasının birgə tədqiqatlarını əlaqələndirir.
ADNSU-nun Mətbuat Xidməti