Psixologiya Elmi-Tədqiqat İnstitutunda türkiyəli psixoloqlarla görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda türkiyəli psixoloqlarla görüş keçirilib Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə” təlimi çərçivəsində Türkiyədən dəvət edilmiş professor və dosent heyəti ilə görüş keçirilib.
Tədbir Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psixoloji Məsləhət və Rəhbərlik Dərnəyinin birgə əməkdaşlığı ilə təşkil edilib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Türk Psixoloji Məsləhət və Rəhbərlik Dərnəyi İstanbul şöbəsinin rəhbəri Mehmet Engin Deniz iştirak edib.
Görüşdə məktəb psixoloqlarının peşəkar inkişafı, bu istiqamətdə birgə görüləcək işlər müzakirə edilib.
Türkiyədən dəvət edilmiş nümayəndə heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən 85 nəfər qeyri-ixtisas, 135 nəfər ixtisaslı olmaqla ümumilikdə 220 nəfər məktəb psixoloqunun həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədilə “Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə” təlimi həyata keçirilib.
Qeyd edək ki, təlimlərin ilk mərhələsində institut əməkdaşları tərəfindən 85 nəfər qeyri-ixtisaslı məktəb psixoloquna 40 saatlıq, daha sonra ümumilikdə bütün iştirakçılara Türkiyədən dəvət olunan professor və dosent heyəti tərəfindən 60 saatlıq təlim tədris edilib. Bununla yanaşı, təlim prosesində superviziya saatları da keçirilib.
Təlimlərin sonrakı mərhələsi onlayn şəkildə davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər