UNEC-də təlim: Marketinqin startaplarda əhəmiyyəti

UNEC-də təlim: Marketinqin startaplarda əhəmiyyəti Azərbaycan Beynəlxalq Bankının (ABB) İnnovasiyalar Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün “Marketinqin startaplarda əhəmiyyəti” mövzusunda təlim keçirilib.
“AIESEC Azərbaycan” Gənclər Təşkilatının və ABB-nin tərəfdaşlığı ilə keçirilən təlimdə bankın Brendin idarəedilməsi şöbəsinin müdiri Rəşad Cümşüdov, “SABAH.lab” startap akselerasiya mərkəzinin meneceri Leyla Rüstəmova, “Bookshifa” startapının baş marketinq inzibatçısı Əli Qafarov tələbələrə təmsil etdikləri sahələr üzrə ətraflı məlumat veriblər.
Təlim “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda panel müzakirələrlə davam edib.
Sonda “AIESEC Azərbaycan” təşkilatının lokal komitə üzrə marketinq direktoru Nicat Tahirli və lokal komitə üzrə korporativ satış direktoru Sultan Abdullayev tərəfindən vorkşop təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər