2022-2023-cü tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) magistratura səviyyəsindəki yeni ixtisaslara qəbul 100 faiz təşkil edib.
Təqdim olunan yeni ixtisaslar məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası, ibtidai sinifdə tədrisin metodikası və metodologiyası, korreksiyaedici təlimin metodikası və metodologiyası ixtisaslarıdır. Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva bildirib ki, universitet əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daim zəruri addımlar atır. Hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilir. Təqdim olunan ixtisaslar üzrə tədris planlarının mükəmməl tərtib edilməsi peşəkar kadr hazırlığı, inklüziv təhsil üzrə peşəkar təlimlərin təşkili, sinxron tərcüməçilərin hazırlanması, filoloq, metodist, diplomat və beynəlxalq səviyyəli jurnalist hazırlığı, regionlar üzrə mərkəzlərdə təlimlərin təşkili, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri ADU məzunlarına ixtisasları üzrə işlə təmin olunmağa öz töhfəsini verməkdədir.
O əlavə edib ki, həmişə olduğu kimi, əcnəbi tələbələr ADU-da magistr səviyyəsi üzrə təhsil almağa böyük maraq göstərirlər: “Müxtəlif ixtisaslar üzrə Türkiyə, Fransa, İtaliya, Serbiya, Rumıniya, Polşa, Macarıstan və digər ölkələrdə “ERASMUS +” çərçivəsində təhsil, ikili diplom, tələbə mobilliyi, təcrübə proqramları, təlimlər tələbə və müəllim heyətini daha da ruhlandırır. Azərbaycan Dillər Universitetinin kollektivi olaraq bundan sonra da əzmlə işləyəcək və gənclərimizin seçdikləri ixtisaslar üzrə biliklərini daha da təkmilləşdirmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Tehsil-press.az