Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açdı - Video

Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açdı - Video Yunanıstan Sahil Mühafizəsi Çanaqqalanın Bozcaada rayonunda beynəlxalq sularda üzən Komor adaları bayraqlı “Anatolian” adlı Ro-Ro gəmisinə atəş açıb.
Türkiyə Sahil Təhlükəsizlik qüvvələri hadisə yerinə yollanıb. Bu zaman Yunanıstan qüvvələri ərazini tərk edib. İnsident zamanı xəsarət alanın olmadığı bildirilir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, gəmidəki 18 personaldan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır. Onların olduğu gəmi Türkiyə Sahil Təhlükəsizlik katerləri tərəfindən müşayiət edilir.
Faktla bağlı təhqiqatlara başlanılıb. 



Tehsil-press.az



Oxşar xəbərlər