Fars körfəzində Yunanıstana məxsus 2 gəmi həbs edilib

Fars körfəzində Yunanıstana məxsus 2 gəmi həbs edilib İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələri Fars körfəzinə daxil olan Yunanıstana məxsus 2 yük gəmisini həbs edib.
Bu barədə Sepah-ın bu gün yaydığı açıqlamada deyilir. Nəzərə çatdırılıb ki, Yunanıstan gəmiləri körfəzə daxil olarkən müəyyən edilən beynəlxalq qaydaları pozub.
Qeyd edək ki, ötən ay Yunanıstanın sahil mühafizə xidməti İrana məxsus gəmini ərazi sularında həbs edərək yükünü müsadirə edib.
Hələlik Yunanıstan tərəfi məsələyə münasibət bildirməyib.
İran mətbuatı yazır ki, gəmilər yalnız İrana dəyən ziyan ödənildikdən və həbs olunan gəmisi azad edildikdən sonra sərbəst buraxıla bilər.

Tehsil-press.az


Oxşar xəbərlər