İsveçrəli tələbələrin UNEC-də intensiv təcrübə proqramı davam edir

İsveçrəli tələbələrin UNEC-də intensiv təcrübə proqramı davam edir Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES - SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin magistratura mərkəzinin direktorunun rəhbərliyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olan isveçrəli tələbələr üçün intensiv təcrübə proqramı davam edir.
Proqramın ikinci günündə UNEC Beynəlxalq əməkdaşlıq departamenti əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva “Azərbaycanın Qarabağ bölgəsində İsveçrə yaşıl iqtisadiyyat modelinin tətbiqi: baxış və qiymətləndirmə” mövzusunda tədqiqat seminarı keçib.
Sonra isveçrəli nümayəndə heyəti UNEC “SABAH” Mərkəzinin rəhbəri dosent Aida Quliyeva ilə görüşüblər.
Görüşdə SABAH tələbələrinin mübadilə proqramlarında iştirakı üçün ingilis dilli proqramlarının tətbiqi, SABAH və HES-SO arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili barədə danışıqlar aparılıb.
Proqramın ikinci hissəsində “Nobel Enerji” şirkətinin eksperti Azərbaycanda yaşıl enerji siyasəti haqqında məruzə ilə çıxış edib.
İsveçrəli tələbələr Azərbaycanda yaşıl iqtisadiyyat modelinin inkişafı ilə bağlı maraqlı təkliflərlə çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər