UNEC-in əməkdaşı İsveçrə Siyasi Elmlər Assosiasiyasının empirik tədqiqatlar işçi qrupunun direktoru seçilib

UNEC-in əməkdaşı İsveçrə Siyasi Elmlər Assosiasiyasının empirik tədqiqatlar işçi qrupunun direktoru seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Bern şəhərində fəaliyyət göstərən İsveçrə Siyasi Elmlər Assosiasiyasının empirik tədqiqatlar işçi qrupunun (SPSA Empirical Methods Working Group) direktoru təyin edilib.
N.Hacıyeva işçi qrupunun direktorluğuna Bern, Sürix, Lütsern, Lozanna və Bazel universitetlərinin professorlarının səsverməsi nəticəsində seçilib. O, eyni zamanda, Bazel Universitetində 2023-cü ildə keçiriləcək siyasi elmlər və iqtisadiyyat üzrə beynəlxalq elmi konfransın təşkilat komitəsinin icraçı üzvüdür.
İsveçrə Siyasi Elmlər Assosiasiyasının “Empirik metodlar” işçi qrupu 2004-cü ildə yaradılıb. Qrup siyasi elm daxilində metod və metodologiya məsələləri ilə, eləcə də siyasi sosiologiya və ya siyasi iqtisad kimi birbaşa əlaqədar tədqiqat sahələri ilə məşğul olan alimlərə mübadilə platforması təqdim edir.
Xatırladaq ki, N.Hacıyeva İsveçrədə işçi qrupuna rəhbərlik edən ilk azərbaycanlı gənc siyasi tədqiqatçıdır.

Tehsil-press.az


Oxşar xəbərlər