“Toqquşma 8 saatdan az davam edib” - İlham Əliyev

“Toqquşma 8 saatdan az davam edib” - İlham Əliyev “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə operativ reaksiya verdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutan görüşü zamanı deyib.
"Toqquşma 8 saatdan az davam edib və Ermənistan tərəfi atəşkəsə dərhal əməl etməyə başlamasa da, ümumilikdə iki günə yaxındır ki, atəşkəs rejiminə əməl olunması onu göstərir ki, nə Ermənistanın, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya niyyəti yox idi.
Təəssüf ki, hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunan sərhəd münaqişələri baş verir. Amma əsas odur ki, biz vəziyyəti sabitləşdirə bildik və sülh yoluna keçə bildik. Aldığım məlumata görə, vəziyyət stabildir. İndi əsas yaranmaqda olan münasibətlərin normallaşması prosesini pozmamaq və bu istiqamətdə hərəkət etməkdir. Biz Rusiyanın buna yönəlmiş səylərini, o cümlədən delimitasiya prosesinin bir hissəsi olaraq Rusiya Baş nazirinin müavinləri səviyyəsində üçtərəfli komissiya çərçivəsində sülh razılaşması danışıqlarına başlamağı planlaşdırırıq. Təbii ki, biz bunu ətraflı müzakirə edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər