Delimitasiya üzrə Komissiyanın üçüncü görüşü razılaşdırılmış vaxtda keçiriləcək

Delimitasiya üzrə Komissiyanın üçüncü görüşü razılaşdırılmış vaxtda keçiriləcək Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü başa çatıb.
Görüş Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə üçtərəfli komissiya çərçivəsində baş tutub.
Komissiyanın həmsədrləri Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryandır.
Baş nazirlərinin müavinləri təşkilati və prosedur məsələlərini, həmçinin gələcək işlərin əsasnaməsini müzakirə ediblər.
Bundan başqa, razılaşdırılmış vaxtda üçüncü görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər