İsveçrəli tələbələr Azərbaycanın maliyyə bazarları və bank sistemi barədə təlimlərdə iştirak ediblər

İsveçrəli tələbələr Azərbaycanın maliyyə bazarları və bank sistemi barədə təlimlərdə iştirak ediblər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) intensiv təcrübə proqramında olan isveçrəli tələbələr “PAŞA Kapital” investisiya şirkətində, Dövlət Neft Fondunda, Azərbaycan Mərkəzi Bankında keçirilən təlimlərdə iştirak ediblər.
Təlimlərdə “PAŞA Kapital” investisiya şirkətinin şöbə müdiri Elçin Məmmədov maliyyə bazarları və Azərbaycan Mərkəzi Bankının şöbə müdiri Elçin Gülalıyev Azərbaycanın pul siyasəti haqqında məlumat veriblər. Dövlət Neft Fondunun meneceri Günel Musayeva təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. İqtisadi ekspert Leyli Abbasova ilə görüşdə isə Azərbaycanda bank sektorunun perspektivləri müzakirə olunub.
Təlimlərdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər