BDU-nun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər

BDU-nun əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Belçikanın Leuven şəhərində yerləşən “QMineral” şirkətinin təşkil etdiyi təcrübə proqramında iştirak ediblər.
Təcrübə proqramında universitetin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Xatirə Mehdiyeva müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq göstəriblər.
İştirakçılar proqram çərçivəsində kristallik toz nümunələrinin “Rentgen şüalarının difraksiyası” tədqiqat üsulu ilə keyfiyyət və kəmiyyət analizi haqqında təlimlərdə iştirak ediblər. Həmçinin tədqiqat nəticələrinin keyfiyyətinin artırılması məqsədilə dünyanın qabaqcıl laboratoriyalarında istifadə olunan proqram təminatları ilə tanışlıq imkanı yaradılıb. Təcrübə proqramının yekununda BDU-nun əməkdaşları şirkət tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər