UNEC-də saathesabı dərs deyən müəllimlərin əməkhaqqı 50 faiz artırılıb

UNEC-də saathesabı dərs deyən müəllimlərin əməkhaqqı 50 faiz artırılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb.
Elmi şura saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

Tehsil-press.az


Oxşar xəbərlər