Elm və təhsil naziri bir qrup təhsil işçisini təltif edib

Elm və təhsil naziri bir qrup təhsil işçisini təltif edib Elm və təhsil naziri Emin Əmrullayev 174 təhsil işçisini təltif edib.
Bununla bağlı Emin Əmrullayev əmr imzalayıb.
Onlar təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.
Təhsil işçilərinin 58-i “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 116-sı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 51 təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, 71 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb. Həmçinin beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən 3 təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, 8 təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər