Azərbaycan Texniki Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Azərbaycan Texniki Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə AzTU-nun professor-müəllim heyətinin bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universitetin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər